Qəçrəş kəndinə maraqlı ekskursiya

Vaxtaşırı sinif rəhbəri Bilurə Tağıyeva ilə birlikdə yurdumuzin səfalı yerlərinə səfər edən 9 "Ç" sinif şagirdləri bu həftəsonu da boş oturnadılar. Gözəl hava şəraitindən yararlanan məktəblilər bu dəfə mayın 29-da Azərbaycanın özünəməxsus gözəlliyi ilə fərqlənən Quba rayonunun Qəçrəş kəndinə yollandılar. Rayon mərkəzindən 12 km məsafədə yerləşən kənddə çoxlu istirahət mərkəzləri fəaliyyət göstərir və kənd demək olar ki, hər tərəfdən meşə ilə örtülmüşdür.Çoxlu sayda təbii bulaqlar var. Özlərinə bulaq başında düşərgə salan uşaqlar, təbiətin qoynunda istirahət edərək, maraqlı bir gün keçirdilər. Bilurə müəllimə belə səfərlərin şagirdlərin ölkəmizin bölgələrini daha yaxından tanımalarına səbəb olduğuna və onlar arasında qarşılıqlı dostluq münasibətlərinin möhkəmlənməsinə şərait yaratdığına əmin olduğunu vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi