"Günəşin zərrələriyik!" 4 "Ç" sinfində tədbir

Mayın 29-da 4 "Ç" sinfinin rəhbəri Arzu Hüseynova sevimli şagirdləri ilə birlikdə "Günəşin zərrələriyik!" adlı maraqlı tədbir təşkil etdi.Tezliklə öz ilk müəllimləri ilə vidalaşmalı olacaq dördüncülər tədbirə dəvət olunmuş müəllim və valideynləri gözəl, biri-birindən rəngarəng və bir qədər də qeyri-adi çıxışları ilə təəccübləndirdilər. Belə ki, tədbirdə köhnə Azərbaycan filmlərinin müasir versiyalarının epizodlarına geniş yer verildi; "Ulduz", "O olmasın, bu olsun!", "Arşın mal alan", "Bəxtiyar" və s. filmlərdən səhnəciklər nümayiş olundu, mahnılar səsləndirildi. İmtahanlardan 700 bal toplamış Sərvərlə Gülnazın müraciəti isə lap yerinə düşdü: "Biz elmə və biliyə dəyər verdiyimizə görə həmişə güclü olacağıq!" Uşaqlar 4 il onların əziyyətini çəkmiş, əllərindən tutaraq yazı yazmagı öyrətmiş, elm sarayının qapılarını qarşılarında taybatay açmış Arzu müəlliməyə təşəkkür edərək, onu heç zaman unutmayacaqlarına söz verdilər. Şagirdlərinin səmimi çıxışlarından kövrələn Arzu müəllimə onlara ibtidai siniflərdə öyrəndiyi bilikləri gələcək illərdə daha da təkmilləşdirməyi, "elm sarayına hərənin bir kərpic artırmağı", vətənə və valıdeynlərinə layiqli övlad olmalarını tövsiyyə edərək, onlara xeyir-dua verdi.