Atəşgah və Yanardağ kompleksinə ekskursiya

Mayın 29-da məktəbin 5 "R" sinif şagirdləri tarix müəllimi Vüsal Əliyevlə birlikdə Atəşgah və Yanardağ kompleksinə ekskursiyaya getmişlər. Keçmişin izlərini özündə yaşadan Odlar məbədi - “Atəşgah” Bakının mərkəzindən 30 kilometr aralıda, Abşeron yarımadasının Suraxanı kəndinin cənub-şərq qurtaracağında yerləşir. Uşaqların böyük marağına səbəb olan qədim məbədin Bakı ərazisində bizim eradan əvvələ aid ilk məbəd olduğu ehtimal edilir. Atəşgahla yaxından tanış olan uşaqlar daha sonra Yanardağ kompleksinə baş çəkiblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi