Məktəbdə Respublika Günü qeyd olundu

Bildiyimiz kimi, 28 may Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Həmin gün 1990-cı ildən etibarən Respublika günü kimi bayram edilir. Məktəb kollektivi may ayında Respublika günü münasibəti ilə bir sıra tədbirlər həyata keçirmişdir. Bu tədbirlərdən biri də bu gün - mayın 26-sında səhər qəbulunda baş tutdu. Tədbirdə məktəbin direktoru Sevinc Abbasova Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuş, xalqımızın müstəqillik əzmini nümayiş etdirən bu tarıx haqqında nitq söyləyərək, sonda tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.Daha sonra şagirdlərin ifasında Vətən, sülh və qəhrəmanlkıq haqqında şeirlər dinlənildi.Tədbirdə iştirak edən valideynlər və müəllimlər onları hərarətlə alqışladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi