"Həmkara dəstək" layihəsi çərçivəsində İKT təlimləri

Məktəbin ibtidai sinif müəllimləri "Öyrənək və öyrədək" devizi altında keçirilən "Həmkara dəstək" layihəsinə start verdi. Belə ki, İnformasiya Kommunikasiya Texnologiyaları biliciləri bu kompetensiyaların nisbətən zəif olduğu həmkarlarına təmənnasız təlim keçmişlər. Səmimi işgüzarlıq şəraitində keçən intensiv təlimlər müəllimlərin bacarıq və səriştələrinin artırılmasına hədəflənmişdir.