M.Ə.Sabirin 155 illik yubileyi qeyd olundu

Mayın 23-də Səbail rayonu Nazim Hikmət adına Uşaq Kitabxanasının Bayıl ərazisində yerləşən 3 saylı filialında "Hərəyə bir kitab oxuyaq!" layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 155 illik yubileyi qeyd olundu. Tədbirdə məktəbimizin 1 "Ç" sinif şagirdləri və müəllim Sona Əliyeva iştirak etdi. İstedadlı şagirdlərimiz dahi şairin "Tülkü və qarğa", "Uşaq və buz", "Ağacların bəhsi" şeirlərini səhnəcik şəklində nümayiş etdirdilər. Unudulmaz şairin digər şeirləri də uşaqların ifasında olduqca gözəl səsləndirildi. Daha sonra kitabxana ilə yaxından tanış olan uşaqlar oxu zalında Sona müəllimə ilə birlikdə kitablardan sevdikləri hekayələri oxuyaraq, müzakirə etdilər. Kitabxanada keçirdikləri saatlar 1 "Ç" sinfinin ürəyincə oldu və onlar öz müəllimlərinə daha çox kitab oxuyacaqlarına söz verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi