DİM XI siniflərdə sınaq imtahanları keçirdi
23 mayda Dövlət İmtahan Mərkəzi məktəbin XI siniflərində Azərbaycan dili və riyaziyyat fənnindən sınaq imtahanları keçirdi. Çoxdan gözlənilən imtahan həyəcansız ötüşmədi. İmtahan həyəcanını dəf etməyə çalışan onbirincilər onlara təqdim olunan sual kitabçalarındakı sualları cavablandırmaq üçün səy göstərdilər. İmtahan zamanə riyaziyyat fənninə bir saat, Azərbaycan dili fənninə isə 45 dəqiqə vaxt ayrıldı.