3 "r" sinfi "Beynəlxalq Muzeylər günü"nü qeyd etdi
18 may - Beynəlxalq Muzeylər gününü 3 "r" sinfi Qobustan tarixi-bədii müzeyində qeyd etməyi qərara aldı. Sinif rəhbəri Aynurə Hacıyavanın rəhbərliyi ilə sinif şagirdləri valideynlər ilə birlikdə nəhayət ki, çoxdan görmək arzusunda olduqları bu unikal müzeylə ilk tanışlıqlarını həyata keçirdilər. Onu da qeyd etmək lazımdır ki, 3 "r" sinfinin hər işdə nümunəvi olan şagirdləri öz ürəkaçan davranışları ilə müzey əməkdaşlarının da diqqətini cəlb etdilər. Uşaqların sevincinin həddi-hüdudu yox idi. Onların sualları bitib-tükənmək bilmirdi. Muzeyin bələdçisi, eləcə də Aynurə müəllim onların bütün suallarına səbrlə və ətraflı cavab verdilər. Yəqin ki, muzeydə xoş saatlar keçirən 3 "r" sinfinin şagirdlərinin hafizəsində bu gün həmişə xoş xatırə kimi qalacaqdır.