Bakı Ali Neft Məktəbində görüş
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə 700 bal toplamış dörd abituriyent ilə görüşüb. Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin məzunu, I ixtisas qrupu üzrə qəbul imtahanlarından maksimum nəticə göstərmiş şagirdi Əsədzadə Mahirə BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçdi.