12 mayda məktəbin IX siniflərində Azərbaycan dili fənni üzrə keçirilən monitorinqin nəticələri açıqlanmışdır. Təlim-tərbiyə işləri üzrə direktor müavini Tünzalə Mikayılovnın təqdim etdiyi hesabata görə nəticələr dərs ilinin əvvəlində aparılmış monitorinqin nəticələri ilə müqayisə edilmiş və sonuncunun daha qənaətbəxş olduğu fikrinə gəlinmişdir.