Ulu öndərin xatirəsinə həsr olunmuş rəsm sərgisi

10 mayda Səbail rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə Sahil bağında məktəblilərin Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin 94 illiyinə həsr olunmuş rəsm sərgisi keçirildi. Məktəbimizin şagirdləri sərgidə maraqlı rəsm əsərləri ilə iştirak etdilər. Şagird işləri içərisində ən çox diqqəti cəlb edən isə məktəbəhazırlıq qrupunun şagirdi Fərid Quliyevin və VII sinif şagirdi Mədinə Bəxtiyarovanın rəsmləri oldu.