Məktəb 700 bal toplamış şagirdini belə təbrik etdi

Məktəbimizin şagirdi Mahirə Əsədzadə qəbul imtahanından 700 bal toplayaraq, müəllimlərinin və valideynlərinin ümidlərini doğrultdu. Böyük uğur qazanmış Mahirəni doğma məktəb gül-çiçəklə qarşıladı. Ona xeyir - dua verən sinif rəhbəri və fənn müəllimləri Mahirənin çalışqan və zəhmətsevər şagird olmasını vurğulayaraq, digər məktəbliləri ondan nümunə götürməyə çagırdılar. Sonda məktəb rəhbərliyi Mahirə Əsədzadəni Fəxri Fərmanla mükafatlandırdı.