Zoologiya muzeyində dərs

3 mayda məktəbin 6"r" sinfinin şagirdləri biologiya müəllimi Leyla Mehdiyevanın təşəbbüsü ilə Zoologiya İnstitutunda ekskursiyada oldular.Muzeydə Azərbaycan ərazisində yaşayan onurğasızlar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilərin müqəvva və eksponatları saxlanılır. Leyla müəllimə ekskursiya zamanı şagirdlərinə nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verdi. Məktəblilər adları onlara biologiya kitabından tanış olan nəsli kəsilmiş müxtəlif canlıların maketləri ilə yaxından tanış oldular. Leyla müəllimənin muzeydə keçdiyi dərs uşaqların böyük marağına səbəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi