1"ç" sinfində "Çörək müqəddəsdir" mövzusunda sinif saatı keçirildi

Mayın 1-də 1 "ç" sinfində sinif rəhbəri Sona Əliyeva "Çörək müqəddəsdir" mövzusunda sinif saatı keçirdi. "Dəyirmi masa" ətrafında 1ç sinfinin şagirdləri ilə yanaşı müəllimlər və valideynlər də toplaşmışdılar. Maraqlı söhbət zamanı uşaqlar çörək, onun istehsalı və qənaəti ilə bağlı maraqlı şeirlər, rollu oyunlar və nəğmələr nümayiş etdirdilər. Sonda şagirdlər I sinfi müvəffəqiyyətlə başa vurmaları münasibəti ilə Fəxri Fərman və sertifikatlarla mükafatlandırıldılar.