15 sentyabrda "Bilik Günü"

    Respublikamızın bütün ümumtəhsil müəssisələrində 15 sentyabrda "Bilik Günü" kimi qeyd olunur. Bu münasibətlə məktəbdə də tədbir təşkil olundu. Tədbirdə məktəbin direktor vəzifəsini müvəqqəti icra edən  Arzu İskəndərova  biliyin və elmin müasir dövrün inkişafında həlledici rol oynadığını, gənc nəslin formalaşmasında, vətənpərvər, savadlı və məsuliyyətli vətəndaş kimi yetişməsi üçün təhsilin rolunun əvəzsiz olduğunu öz çıxışında vurğuladı.     

   2025-2026-cı tədris ilinin prioritet istiqamətlərindən, cari tədris ilinin ilk dərslərinin II-XI siniflərdə "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr edilməsindən danışaraq yeni məktəbə qədəm qoyan birinciləri və valideynləri təbrik etmişdir.

Təlimata əsasən İlk dərslər "Konstitusiya və Suverenlik ili" mövzusuna həsr olunmuşdur.Məqsəd şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyası və dövlət suverenliyi haqqında biliklər vermək, onların hüquqi dünyagörüşünü formalaşdırmaq, vətənə və dövlətçiliyə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda milli həmrəyliyin və birliyin əhəmiyyətini aşılamaqdır.

15 sentyabr yeni biliklərə, yeni ümidlərə, yeni nailiyyətlərə açılan qapıdır.Şagirdlərə uğurlu təhsil yolu, müəllimlərə möhkəm iradə və səbr, valideynlərə isə övladlarının uğurları ilə qürur duyacaqları bir il arzulayırıq.

Yeni dərs iliniz mübarək olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi