"Təlim prosesinin təşkilinə müasir yanaşmalar və qiymətləndirmə fəaliyyətinin effektiv təşkili"

  "Təlim prosesinin təşkilinə müasir yanaşmalar və qiymətləndirmə fəaliyyətinin effektiv təşkili" mövzusunda 24 akademik saatlıq təlim keçirilir.

  Məktəbin illik fəaliyyət planına uyğun olaraq müəllimlərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə “Təlim prosesinin təşkilinə müasir yanaşmalar və qiymətləndirmə fəaliyyətinin effektiv təşkili” mövzusunda təlim keçirilir.

  Təlim məktəbin metodisti Leyla Əhmədova tərəfindən təşkil olunmuşdur və 32-dan çox müəllimin iştirakı ilə 6 gün ərzində davam edəcəkdir. Təlimin əsas məqsədi tədris prosesinin müasir pedaqoji yanaşmalar əsasında qurulması, qiymətləndirmə fəaliyyətinin səmərəli təşkili və müəllimlərin peşəkar bacarıqlarının təkmilləşdirilməsidir.

  Sessiyalar zamanı iştirakçılara yeni metodik alətlər, qiymətləndirmə meyarlarının tətbiqi və dərs prosesinin keyfiyyətinin artırılması üzrə praktik tövsiyələr təqdim ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi