Pedaqoji Şura

2025–2026-cı tədris ilinin başlanması ilə əlaqədar məktəbdə I nömrəli Pedaqoji Şura iclası keçirilmişdir.

İclasda yeni tədris ilinin təşkili ilə bağlı mühüm məsələlər müzakirə olunmuşdur. Tədris prosesinin səmərəli təşkili üzrə illik fəaliyyət planı, təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçiriləcək tədbirlər, şagirdlərin bilik, bacarıq və kompetensiyalarının inkişafına dair prioritetlər diqqət mərkəzində saxlanılmışdır.

Eyni zamanda pedaqoji heyətə elektron jurnal platformasında tətbiq edilən yeniliklər barədə geniş məlumat verilmiş, müəllimlərin qarşısında duran əsas vəzifələr bir daha xatırladılmışdır. İclasda yeni dərs ilində qarşıya qoyulan məqsədlərə nail olunması üçün müəllimlərin birgə və səmərəli əməkdaşlığının vacibliyi vurğulanmışdır.

Bu il məktəbə qəbul olunan yeni müəllimlər pedaqoji kollektivə təqdim edildi.

Sonda pedaqoji kollektivin bütün üzvlərinə və şagirdlərimizə möhkəm cansağlığı, elmi uğurlar və yüksək nailiyyətlər arzulanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi