Səbail rayon Komitəsinin sədri Leyla Baxşıyevanın məktəb həmkarları ilə görüşü

05.09.2025-ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Səbail rayon Komitəsinin sədri Leyla Baxşıyevanın məktəb həmkarları ilə görüşü olmuşdur.
Məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Arzu İskəndərova iclası açıq elan edərək yeni tədris ilində müəllim heyətinə uğurlar diləmişdir.
Daha sonra sözü məktəbin Həmkarlar İttifaqının sədri Vəsilə Orucovaya söz verilmişdir. Vəsilə müəllim son 6 ayın hesabatını müəllim kollektivinə təqdim etmişdir.
Daha sonra Leyla Baxşıyeva geniş çıxışı ilə müəllim heyətinə Həmkarlar İttifaqının işi və verilən yollayışlar barəsində yeniliklərdən bəhs etdi.
Çıxışının sonunda məktəbin müəllim heyətindən seçilən müəllimlərə Əhmədova Leyla ,Mirzəyeva Vüsalə, Səmədova Səbinə və müəllimlərə sistem işində köməklik göstərən məktəb laborantları Məlikova Aynur ,Mahmudova Amirəyə Təşəkkürnamələr təqdim edildi.