"Şahin" hərbi-idman oyunu

24.04.2025-ci il tarixində"Şahin" hərbi-idman oyununun Səbail rayon mərhələsində məktəbimizin şagirdləri məktəbin hərbi rəhbəri S.Şirinovun rəhbərliyi ilə iştirak etdilər.
Şagirdlərimiz fəal iştirakına görə “Təşəkkürnamə” ilə təltif olundular. Oyunun məqsədi ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasıdır.
Şagirdlərimiz bütün tapşırıqları layiqincə yerinə yetirərək IV yerə layiq görülmüşdür.
Bu münasibət ilə məktəbin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Nərgiz Ələkbərova şagirdlərlə görüşərək onları təbrik etmiş və Təşəkkürnamələri təqdim etmişdir.