"Azərbaycan xalçaları milli sərvətimizdir"adlı dəyirmi masa

"Dəyərlərimizi qoruyaq"layihəsi çərçivəsində məktəbin tarix müəllimi Gülbəniz Abbasova 8-ci siniflərlə "Azərbaycan xalçaları milli sərvətimizdir"adlı dəyirmi masa keçirmişdir.
Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid "Hüdud əl-aləm" ("Dünyanın sərhədləri") əsərində naməlum müəllif Muğanda toxunulan palaz və çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat verir, "Kitabi Dədə Qorqud" dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami, Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunur.