5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş voleybol yarışı

Martın 4-də Bakının 189-190 nömrəli tam orta məktəbində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Səbail rayon komitəsinin təşkilatçılığı ilə Səbail rayon məktəblərinin fiziki tərbiyə və Çağırışaqədərki hazırlıq müəllimləri arasında 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş voleybol yarışı keçirilib.
Yarışd Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin müəllimləri də iştirak etmişdir.
Yarışın məqsədi müəllimlərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğindən ibarət olub.