Ekomühəndis şagirdlərin COP-29 məktəb zirvəsi" adlı layihə

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin
"Fərdi layihələr" kateqoriyası üzrə qalib olan "Ekomühəndis şagirdlərin COP-29 məktəb zirvəsi" adlı layihənin bağlaniş tədbiri keçirilib. Layihənin məqsədi Bakı məktəblilərinin cəlb olunduğu iqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı praktik fəaliyyətlərlə mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə vərdişləri formalaşacaq uğurlu və innovativ gənc nəsli yetişdirmək, ekomühəndislik və sosial bacarıqların inkişafı üçün şagirdlər arasında əməkdaşlığı dəstəkləyəcək “Ekomühəndis şagirdlərin COP 29 – Məktəb Zirvəsi" prosesin təşkil etməkdir.
Layihəyə cəlb edilmiş şagirdlər layihənin problem məzmununa uyğun hazırladıqları ekoloji problemlərin həlli üçün təklif edilən modelləri, maket və prototipləri hazırlayıblar. Şagirdlər layihələrində ekoelektrik mühəndisliyi - günəş enerjisi, işləyən mexanizmlər, alternativ enerji layihələri, prototip modellərdən, 3D dizayn layihə proqramları və çapdan istifadə ediblər.
Xatırladaq ki, "Ekomühəndis şagirdlərin COP-29 məktəb zirvəsi" layihəsi Sevinc Əliyeva tərəfindən icra edilir.