1 mart Ümumdünya Mülki Müdafiə Günü

Fevralın 28-i, 2025-ci il tarixində Etibar Əliyev adına 162 nömrəli tam orta məktəb də 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirib.
Tədbirdə məktəbin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Nərgiz Ələkbərova, MM nin qərargah rəisi Zahirə Allahmanova, hərbi rəhbər Sərvan Şirinov, təşkilatçı Aytən İsmayılova, müəllim və şagirdlər iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd şagird təhlükəsizliyinin təminatı üçün xüsusi hallarla bağlı o cümlədən fövqəladə hallar zamanı baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı davranış qaydalarını şagirdlərə öyrətməkdən ibarət olub.
Şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zamanı davranış qaydaları haqqında məlumat verilib. Onlara əleyhqaz, yanğınsöndürmə balonu və digər vasitələrdən istifadə qaydaları izah edilib.
Daha sonra şagirdlər ilkin tibbi yardım haqqında danışıblar.