Şagirdlərimiz güllə atıcılığı mərkəzində

Fevralın 25-də Bayıl qəsəbəsində yerləşən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon təşkilatının güllə atıcılığı mərkəzində Səbail Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Səbail rayon məktəblərinin 9-11-ci sinif şagirdləri arasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə turnir keçirilib.
Yarışda məktəbin çağırışaqədər hazırlıq rəhbəri Sərvan Şirinov rəhbərlik etdiyi məktəbin 10-cui sinif şagirdlərindən ibarət komanda uğurlu nəticə göstərərək IV yerdə qərarlaşıb.
10cu sinif şagirdlərimiz Əliyeva Elmira və Hüseynov Sübhan şəxsi birincilikdə qalib olublar.
Turnirin keçirilməsində əsas məqsəd şəhidlərin xatirəsini yad etmək, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirməkdən ibarət olub.