Xocalı

    Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

26 fevral 2025-ci il, Xocalı faciəsinin 33-cü ilində Sıbail rayonu E.Əliyev adına 162 nömrəli tam orta məktəbin rəhbər və kollektiv heyəti "Ana harayı" abidəsini ziyarətə gedərək, şəhidləri dərin ehtiramla anıblar. Şagirdlərimiz bu tarixi faciəyə həsr olunmuş filmlər izləmiş, dəyirmi masalar hazirlamış, təşkilat saatları keçirmiş, rəsmlər çəkmişlər.Xalqımız bu soyqırımı  heç zaman unutmayacaq.

Bu gün qürurla deyə bilirik ki, azadlığına qovuşan Xocalıda Dövlət Bayrağımız dalğalanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi