Məktəbdə Xatirə büstlərinin açılış mərasimi keçirilib.

19 fevral tarixində Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan məktəbin şəhid məzunları Tağıyev Əli Aydın oğlu, Qənbərov Bilal Xanlar oğlu, Hüseynov İsmayıl Şahvələd oğlu, Ağayev Cavidan Mirzağa oğlunun xatirə büstlərinin  açılış mərasimi keçirilib.               

Tədbirdə  Milli Məclisin deputatı Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova,Səbail RİH-nin müavini  Kəmalə Həşimova , professor Şəmsəddin Hacıyev,  Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri iştirak edib.

 Tədbir Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Daha sonra şəhidlərin büstü önünə gül dəstələri qoyulub.

Tədbirdə çıxış edən millət vəkili Anar İsgəndərov, vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının  həmişə yüksəkdə dayandığını vurğulayıb.

BŞTİ-nin sektor mudiri Günay Qurbanova çıxışında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsinin daim yaddaşlarda qalacağını, məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımızın bu gün işğaldan azad olunduğunu vurğulamışdır.

Professor Şəmsəddin Hacıyev  qəhrəman şəhidlərimizin məzarüstü abidələrinin inşa olunması və şəhidlərin xatirəsinə ucaldılmış abidələrin ətrafının abadlaşdırılmasını onlara olan qayğının  əyani sübutu olduğunu qeyd etmişdir.

Daha sonra  tədbir Səbail RİH-nin müavini Kəmalə Həşimova,162 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Nərgiz Ələkbərova və şəhid analarının  çıxışları ilə davam  edib.

Tədbirdə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra Ağayev Cavidan Mirzəağa oğlunun "Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə”, Hüseynov İsmayıl Şahvələd oğlunun Füzuli rayonu uğrunda gedən döyüşlərdə "Vətən uğrunda” , Tağıyev Əli Aydın oğlunun Füzuli rayonu uğrunda gedən döyüşlərdə "Vətən uğrunda” , Qənbərov Bilal Xanlar oğlunun Cəbrayılın, Hadrutun,Füzulinin və Şuşanın azad edilməsində gedən döyüşlərdə "Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə”  medalları ilə təltif olunduğu qeyd olunub.

              Tədbirin sonunda məktəbin istedadlı şagirdləri  bədii kompozisiya nümunələri ilə cıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi