Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 03.12.2024-cü il tarixli 59-D-327 nömrəli məktubda “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi qeyd olunmuşdur.
24.12.2024-cü il tarixində məktəbin təşkilatçısı Aytən İsmayılova,UBRT Tünzalə Əhmədovanın təşkilatçılığı ilə ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbirdə məktəbin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Nərgiz Ələkbərova da iştirak etmişdir.
Tədbirdə məktəbin 5b ,6a , 8L, 8 m sinif şagirdləri bir birindən gözəl çıxışlar etmişdirlər.