Sahil bağında "25 Xocalısız il" adlı rəsm sərgisi keçirildi

Fevralın 24-də Səbail rayonu İH-nin təşəbbüsü ilə Sahil bağında "25 Xocalısız il" adlı rəsm sərgisi keçirildi. Sərgidə Səbail rayonu məktəblilərinin əl işlərindən ibarət rəsmlər nümayiş olundu. 162 saylı məktəbin nəzdində yaradılmış "Kiçik Akademiya"nın "Gənc rəssamlar" bölməsinin bir qrup şagirdi sərgidə iştirak edərək, açıq havada canlı olaraq Xocalı mövzusunda rəsmlər çəkdilər. 11 "R" sinif şagirdi Lalə Həsənovanın "Xocalı harayı" mövzusunda rəsmi xüsusi marağa səbəb oldu.