Bakı Kitab Festivalı

19-22 dekabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında 2024-cü ilin son kitab sərgisi “ANAİB I Bakı Kitab Festivalı” keçirilir.
Məktəbimizin təşkilatçısı Aytən İsmayılova, məktəbin psixoloqu Məlakə Yavərzadə və məktəbimizin 9 və 10 -cü sinif şagirdləri sərgidə iştirak etmişlərdir.