9 cu sinif şagirdləri ilə zərərli vərdişlərin fəsadları barədə görüş
Oktyabr ayı ərzində məktəbimizin həkimi Jalə İsmayılova, məktəbin UBTR -i Tünzalə Əhmədova məktəbimizin 9 cu sinif şagirdləri ilə zərərli vərdişlərin fəsadları barədə görüş təşkil etmişdir. Tədbir şagirdləri məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan həvəslərini artırmaqdan ibarət olub.
Şagirdləri maraqlandıran suallar cavablandırılıb, məktəblilərin iştirakı ilə müzakirələr aparılıb.
Maarifləndirici tədbirlərdə məktəblilərə narkotik vasitələrin ziyanlarından, istənilən tütün məmulatlarının orqanizmdə yaratdığı fəsadlardan bəhs olunaraq, onlara zərərli vərdişlərdən uzaq olmaq və onlara qarşı mübarizə aparmağa səsləyib.