COP-29 Məktəb Zirvəsi- layihəsinin açılış tədbiri
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin fərdi kateqoriyada qalib layihələrindən olan "COP-29 Məktəb Zirvəsi" layihəsinin açılış tədbiri baş tutdu. Layihə rəhbəri məktəbimizin Azərbaycan dili və STEAM müəllimi Sevinc Əliyeva layihənin ilkin tanıtım mərhələsini təqdim etdi.Layihənin məqsədi Bakı məktəblilərinin cəlb olunduğu iqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı praktik fəaliyyətlərlə mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə vərdişləri formalaşacaq uğurlu və innovativ gənc nəsli yetişdirmək, ekomühəndislik və sosial bacarıqların inkişafı üçün şagirdlər arasında əməkdaşlığı dəstəklləyəcək "Ekomühəndis Şagirdlərin COP 29 – Məktəb Zirvəsi"prosesini təşkil etməkdir.