5 yaşlılar ilk dəfə məktəbə qədəm qoydular

   1 Oktyabr 2024-cü il tarixində 5 yaşlılar 2024-2025-ci tədris ilində ilk dəfə məktəbə qədəm qoydular. Məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ keçirilir.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir. Balacalarımızın məktəb həyatı ilə tanış olduğu bu ilk gündə sevincləri və həyəcanları gözlərindən oxunurdu. Təhsilə böyük bir maraqla başlayan bu körpələrimizin gələcəkdə böyük uğurlara imza atacağına tam inanırıq!

Məktəbəhazırlıq qruplarında təhsil alacaq bütün şagirdlərə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi