27 sentyabr – Anım Gününə həsr olunan dərs

   Bu gün, 162 nömrəli tam orta məktəbdə 27 sentyabr – Anım Gününə həsr olunan dərslər keçirildi. İbbtidai sinif müəllimi Bahar müəllimə də öz birincilərilə Şəhidlərin xatirəsini yad etdi.

Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıq dastanı, tarixi Qarabağ Zəfəri və Şəhidlik zirvəsinə ucalan Vətənin igid övladları haqqında məlumat verdi. Bahar müəllimə 1 A sinif şagirdlərinə qeyd etdi ki, gənc və gələcək nəsillər hər daim Şəhidlərimizin əziz xatirəsini, qəhrəmanlığını, fədakarlığını və Vətən üçün xidmətlərini xatırlamalı, onlardan nümunə götürməli və Vətənin keşiyində mərdliklə durmalıdırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi