107 yaşlı məktəbdən 100 faizlik nəticə: bütün məzunları tələbə oldu

    Məzunlarımız bizi sevindirməyə davam edir.....

   Təhsil hər bir vətəndaşın əsas hüququ və sosial məsuliyyətidir. Əlçatanlığı hamı üçün təmin olunmalı olan bu təməl hüquq bizim özünütəsdiq və gələcək üçün ən vacib kapitalımızdır. Bu səbəbdən də tam orta təhsil almaq, ali məktəbə daxil olmaq prioritet olmalıdır. Bu il ali məktəbə qəbul nəticələrinə görə liderlik edən məktəblər oldu, o məktəblərdən biri də Bakının Səbail rayonundakı 162 saylı məktəbdir. 2023-2024 - cü tədris ili üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan ali məktəblərə qəbul imtahanında məktəbin 11 B sinif şagirdi Rəvanə Əmirova 619 bal toplayaraq ölkə məzunları arasında 600-dən çox bal toplayanlar siyahısında qərarlaşdı. Ölkə üzrə 500-dən çox bal toplayan məzunlar arasında isə məktəbin 3 şagirdi var. Aysel Şahməmmədli 594, Həsən Namazlı 575, Güldərən Paşazadə isə 548 balla yüksək nəticə göstərən şagirdlərdəndir.

Məktəbin bu ilki məzunlarının göstərdiyi maksimum qəbul nəticəsi 162 saylı təhsil ocağının, ölkə üzrə ali məktəbə qəbul imtahanlarından əldə edilən uğurda xüsusi paya sahib olduğunu təsdiqlədi. Belə ki, rəhbərliyi Vüsalə Mirzəyevanın öhdəliyində olan 11 A sinfindən məzun olan şagirdlərinin hamısı bu il ali məktəbə qəbul oldu. Həmin sinfin şagirdlərindən olan Şahməmmədli Aysel BANM, Proseslərin avtomatlaşdırıkması mühəndisliyi, Həsən Namazlı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnformasiya təhlükəsizliyi, Əli Ələkbərov isə həmin universitetin enerhetika mühəndisliyi ixtisaslarına yiyələnəcəklər. 11 A sinfinin digər şagirdlərindən olan Güldərən Paşazadə və Emin Əsədli UNEC-də təhsil alacaqlar, Güldərən Beynəlxalq münasibətlər, Emin isə Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarına sahiblənəcək.

https://fb.watch/uuD2_XUgfA/

https://www.tvpress.az/107-yasli-m%c9%99kt%c9%99bd%c9%99n-100-faizlik-n%c9%99tic%c9%99-butun-m%c9%99zunlari-t%c9%99l%c9%99b%c9%99-oldu/

https://sia.az/az/news/education/1187897.html

https://sesqazeti.az/news/analytics/1187896.html

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi