2023-2024-cü ilin yekun Pedaqoji şura iclası

  12.06.2024-cü il tarixində 2023-2024-cü ilin yekun Pedaqoji şura iclası keçirilib.
İclasda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nərgiz Ələkbərova , direktor müavinləri Zahirə Allahmanova, Elmira Abbaszadə , Aytən İsmayılova və pedaqoji heyət iştirak edib. İclasda 2023-2024-cü tədris ilinin II yarımili və yekunları, sinifdən-sinfə keçmənin vəziyyəti və biliyi qiymətləndirilməyən şagirdlər haqqında məlumatlar müəllimlərin nəzərinə çatdırılıb. Bundan başqa IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdiyi yüksək nəticələr, fənlər üzrə məktəbin şagirdlərinin əldə etdikləri uğurlar, 65 yaşı tamam olan müəllimlər barədə də pedaqoji heyətə geniş məlumat verilib.
Yeni təyin olunan məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Aytən İsmayılova pedaqoji kollektivə təqdim edib və ona işlərində uğurlar arzulayıb.
Sonda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nərgiz Ələkbərova müəllimlərə xoş istirahət arzulayıb və 2023-2024-cü tədris ilinə yekun vurulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi