Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyət kimi milyonlarla insanın qəlbində əbədi yaşadığı vurğulanıb. Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyi bildirilib.
10 may - bütün türk dünyasının iftixarı, dünya şöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik və uzaqgörən siyasət, Ulu öndərin əbədiyaşar ideyaları bundan sonra da Azərbaycanı daim irəliyə, möhtəşəm uğurlara, qələbələrə aparacaq.
Ümummilli liderimizi böyük ühtiram və sevgi ilə anırıq.