VIII-IX sinif şagirdlərinə “Peşə seçiminin əhəmiyyəti” adlı təlim

  27.02.2024-cü il tarixində 162 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Günel Fərəcova VIII-IX sinif şagirdlərinə “Peşə seçiminin əhəmiyyəti” adlı təlim keçirmişdir. Təlimdə şagirdlərlə peşə təhsilinin üstünlükləri, peşə seçiminə təsir edən amillər, əmək bazarı, karyera və peşələrin tədris olunduğu müəssisələr haqqında məlumat verilmişdir. İnteraktiv şəkildə keçirilən təlimdə qrup işləri verilmişdir və sonda aktivlik göstərən şagirdlərə hədiyyələr təqdim olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi