Pedaqoji şura

     31.01.2014-cü il tarixində E.Əliyev adına 162 nömrəli tam orta məktəbdə Pedaqoji şura keçirilmişdir.
İclası açıq elan edən məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nərgiz Ələkbərova çıxış edərək I yarımilin yekunlarına dair hesabat və II yarımildə qarşıda duran vəzifələr haqqında iclas iştirakçılarına məlumat vermişdir.
Pedaqoji şurada aşağıdakı məsələlər də müzakirə olunmuşdur:
-Risk qrupuna daxil olanların müəyyənləşdirilməsi.
-Təhlükəsizliyi təmin etmək üçün nəzarətin, növbətçiliyin gücləndirilməsi;
-Şagirdlər ilə bağlı nəzarətin gücləndirilməsi
-Valideynlərlə işin artırılması
- Sinif rəhbərlərinin işinə nəzarətin artırılması və etik davranış qaydalarının tətbiqi edilməsi.
Təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər, dərsə davamiyyət, keçirilmiş monitorinqlərin nəticələri,keçirilən olimpiadalar haqqında müzakirələr aparılmış, müəllimlərə müəyyən tövsiyələr verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi