Azərbaycanın Dövlət Bayrağı ABŞ-ın Cənubi Florida Universitetinin Mühəndislik Kollecində asılıb

     Cənubi Florida Universitetində tələbələrin ən çox sevdiyi bir ritualın əhatə dairəsinə dünyanın daha bir ölkəsi əlavə olunub. 152-ci dəfədir ki, kollecdə məzun olan tələbənin şərəfinə daha bir dövlətin bayrağı qaldırılıb. Bu tələbə 2021də 162 nömrəli məktəbin  məzunu olub.

Azərbaycanlı Vaqif Əsədov üçün Cənubi Florida Universitetinin Mühəndislik Kollecinin binasının foyesinə daxil olmaq təkcə proqram mühəndisi olmağı öyrənməkdən ibarət deyil. Bu, onun üçün tarixin bir parçası olmaq deməkdir.

"İnsanların Azərbaycan haqqında məlumat əldə etməsinə töhfə vermək gözəl hissdir", - deyə V.Əsədov bildirib. 

Mühəndislik Kollecinin bayraqlarla bəzədilmiş guşəsində bir çox aparıcı ölkələrin - Yaponiya, Koreya, Almaniya, İngiltərə və Braziliyanın bayraqları asılıb. Onların arasında Lixtenşteyn, Mavriki, Nepal, Uqanda və Qazaxıstan kimi ölkələr də var. 

“Burada əsas məqsəd kollecin qonaqpərvər yer olduğunu nümayiş etdirməkdir," - deyə Cənubi Florida Universitetinin Mühəndislik Kollecinin dekan müavini Bernard Batson qeyd edib. 

https://paytaxt.org/province/5090-azerbaycan-bayragi-absh-in-cenubi-florida-universitetinin-muhendislik-kollecinde-asilib-fotolar.html

https://guninfo.net/c%c9%99miyy%c9%99t/75562/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi