2023-2024-cü dərs ilinə start verildi

     Sentyabrın 15-də məktəbdə yeni dərs ilinin başlanması münasibəti ilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arzu Nəzərova , müəllim və şagirdləri Bilik Günü münasibəti ilə təbrik edib, məktəbin ötən tədris ilində qazandığı uğurlarından, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdilən tarixi Qələbədən, şanlı Zəfər tarixi yazan Vətən oğullarının qəhrəmanlığından danışıb.

Sentyabrın 15-də məktəbdə bütün siniflərdə ilk dərs saatları “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi