Pedaqoji şura iclası keçirildi

2023-2024-cü tədris ilinin ilk Pedaqoji şura iclası keçirilmişdir. İclası açıq elan edən məktəbin direktoru xanım Arzu Nəzərova yeni tədris ili münasibəti ilə müəllimləri təbrik etmişdir.
İclasda 2022-2023-cü tədris ilinin yekunları ,keçirilən monitorinqlər,qazanılan nailiyyətlər yeni tədris ilində qarşıda duran əsas hədəflər, metodiki şura haqqında məruzə etdi.İclasda müvafiq qərarlar qəbul edildi.
Həmçinin 9 və 11 ci siniflərin buraxılış nəticələri müzakirə olunmuşdur.
2022-2023-cü tədris ilində məktəbimizin 11L sinif şagirdi Yusifli Fidan yüksək nəticə göstərmiş 633 bal ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur.
Direktor Arzu Nəzərova bu il MİQ imtahanı ilə məktəbimizə qəbul olmuş yeni müəllimləri kollektivə təqdim etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar diləmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi