Məktəbimizdə 20 yanvar şəhidləri anıldı

Yanvarın 18-də məktəbimizdə 20 Yanvar Ümumxalq hüzn gününə həsr edilmiş geniş miqyaslı tədbir keçirildi. Şəhidlərimizin əziz xatirəsinin anıldığı bu hüznlü gündə məktəbimizin adını daşıdığı şəhidimiz Etibar Əliyevin valideynləri bizi tək qoymadı. Tədbirdə ilk əvvəl məktəbin xor kollektivinin ifasında Azərbaycanın himni səsləndi. Daha sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olundu. Şagirdlərin çıxışlarından sonra məktəbin direktoru Sevinc xanım tədbirin hazırlanmasında xüsusi əməyi olan Səkinə xanıma və Gülarə xanıma, eləcə də şagirdlərə təşəkkürünü bildirdi. Sonda məktəbimiz adını daşıdığı E.Əliyevin atası, tanınmış jurnalist Allahverdi Dərd çıxış edərək Ümumxalq hüzn günü ilə əlaqədar ağrılı-acılı xatirələrini danışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi