Ukraynalı həmkarlarımızı belə qarşıladıq

13.01.2017-ci il tarixdə Təhsil Şurasının xətti ilə beynəlxalq konfransda iştirak etmək məqsədi ilə Bakıda qonaq olan Ukraynalı həmkarlarımız - Lvov Vilayət Dövlət Departamenti Elm və Təhsil İdarəsinintəhsil portalının rəhbəri Olqa Parçevska və Lvov vilayəti Ryasne ruska kənd orta mıktəbinin direktoru İqor Xorujiy konfrans öncəsi tanışlıq məqsədi ilə 162 saylı məktəbdə oldular.Məktəbimizin şagirdləri qonaqları milli geyimdə və duz-çörəklə qarşıladılar. Onlar əvvəlcə foyedə "Bacarıqlı əllər" dərnəyi üzvərinin əl işlərindən ibarət sərgini seyr etdilər. Daha sonra "Qardaşlaşmış məktəblər: Bakı 162-Lvov-82" ; "Azərbaycanın milli qəhrəmanları" və digər stendlər haqqında məlumat verildi. Məktəbin direktoru Sevinc xanım Abbasova Etibar Əliyevin büstü qarşısında ayaq saxlayan qonaqlara Qarabağın azadlığı ugrunda canından keçmiş Vətən övladı haqqında məlumat verərək, onlara görüşə xüsusi dəvət olunmuş şəhidin atası Allahverdi Əliyevi təqdim etdi.