Şagirdlərimiz idman sahəsində yeni uğurlar əldə etdilər

30.12.2016-cı il tarıxdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş kiqboksinq üzrə kadet, yeniyetmə və gənclər arasında "Qızıl Əlcək" klubunun açıq birinciliyində Səbail rayonu E.Əliyev adına 162 №- li məktəbin iki şagirdi: 48 kq çəki dərəcəsində Əziz Əhmədov və 54 kq çəki dərəcəsində Vəli İmanov I yeri tutaraq, medala layiq görülmüşlər. Hər iki şagirdimizi və onların valideynlərini məktəbimizin kollektivi adından ötən ilin son günündə qazandıqları qələbə münasibəti ilə təbrik edir, yeni-2017-ci ildə bu qələbənin davamlı olmasını arzulayırıq.