BSQ keçirilməsinə start verildi

    Məktəbdə 2022-2023-cü tədris ili ikinci yarımil üzrə Böyük Summativ Qiymətləndirmənin aparılmasına start verildi. BSQ məktəbin fəaliyyət planına uyğun olaraq təyin olunmuş nəzarətçilərin iştirakı ilə rəqəmsal formada keçirilir. Bu gün məktəbimizdə V siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənnləri üzrə BSQ keçirildi və növbəti həftəyə qədər davam edəcək. Məktəbdə BSQ-nin obyektivliyini və şəffaflığını müşahidə etmək, şagirdlərin rahatlığını təmin etmək üçün lazimi şərait yaradılmışdır.

BSQ-nin keçirilməsində əsas məqsəd muvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nəaliyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

Şagirdlərə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi