Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi məqsədilə məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyalarının təşkili

     Məktəbin direktoru Arzu Nəzərova qeyd edib ki, 162 nömrəli tam orta məktəb ölkənin ictimai -siyasi, mədəni həyatında baş verən hadisələrə həsr olunan silsilə tədbirlər də keçir.

“Bu günə kimi məktəbdə keçirilən bir çox tədbirlər yüksək səviyyədə təşkil olunub. Birinci Qarabağ Vətən müharıbəsindəTərtər rayonunun Qapanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Etibar Əliyevin adını daşıyan 162 saylı məktəbdə tez -tez Qarabağ müharibəsinin iştirakçıları, şəhid və qazi ailələriylə görüşlər keçirilir. Hər il Zəfər günü ilə bağlı keçirilən təntənəli tədbirlər xalqımız kimi şagirdlərin də ən sevimli, fərəhli günününə çevrilib. 2023- cü il Ulu öndər Heydər Əliyev ili kimi ölkənin  hər yerində təntənə ilə qeyd olunur. Səbail rayonu 162 nömrəli tam orta məktəb də bu təşəbbüsü böyük fərəh və ruh yüksəkliyi ilə qeyd edir”.

Sonra məktəbin direktoru Arzu Nəzərova başda olmaqla məktəb müəllimlərinin və şagirdləri Fəxri Xiyabanda dahi liderin məzarı ziyarət edilib.

Ziyarət ərəfəsində məktəbin direktoru Arzu Nəzərova şagirdlərə xalqımızın Ümummilli lideri Heydər Əliyevin keçdiyi şərəfli ömür yolunun gələcək nəsillər üçün örnək olduğunu qeyd edib.

https://525.az/news/222665-162-nomreli-mektebde-heyder-eliyevin-100-illiyine-hesr-olunan-tedbir-kecirilib

https://www.yeniazerbaycan.com/xeberlenti_e84670_az.html

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi