Bilim Bakı Mərkəzi

   

  Məktəbimizin bir qrup şagirdləri “Bilim Bakı Mərkəzi” ndə keçirilən təlimlərdə iştirak etdilər. Təlimlər fərqli mövzularda - sahibkarlıq, astronomiya, kosmos və aviasiya, riyaziyyat, dizayn, təbiət elmləri və texnologiya - keçirildi. Mövzuların hər biri uşaqların yaş qruplarına, dünya görüşünə və məktəb dərslərinə uyğun olaraq formalaşdırılmışdır.Təlimlərin məqsədi şagirdlərin elmə, innovasiyaya olan marağının formalaşdırılması, həmin şagirdlərin kiçik yaşlarından maraq dairəsinə uyğun olan sahələrin inkişaf etdirilməsinə dəstək göstərməkdir.

 Gənc nəslə elm, innovasiya və texnologiya sahəsində XXI əsrin bacarıqlarına yiyələnmək imkanı verən “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə tanış olan şagirdlər təlim proqramlarının iştirakçısı olublar.  “Bilim Bakı” mərkəzində perspektiv ehtiyacları nəzərə alan, layihə əsaslı, gündəlik həyat problemlərinin həllinə yönələn və şagirdlərə XXI əsrin bacarıqlarına yiyələnmək imkanı verən “Deneyap” texnologiya proqramı barədə məktəblilərlə fikir mübadiləsi aparıldı. Ümumi təhsil məktəblərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönələn mərkəz məktəblilərə elmi biliklərin təcrübədə necə tətbiq olunduğunu müşahidə etmək imkanı yaradır.

Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə açılan “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə təsisçisi Selçuk Bayraktar olan Türkiyə Texnologiya Komandası Vəqfi arasında imzalanmış əməkdaşlıq barədə protokola əsasən yaradılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi