İnsanın fəzanı fəth etməsindən 62 il ötdü

     12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür, bu tarix  SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə təyin olunub. Bu günün keçirilməsinə səbəb isə 1961-ci ilin 12 aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Yuri Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub.

Kosmik məkanı fəth edən ilk insan Yuri Qaqarindən sonra səmaya bu günəcən 32 ölkədən yüzlərlə kosmonavt uçub. Kosmosda hamıdan çox qalan da yenə rusiyalı kosmonavt  Sergey Avdeyev olub. O açıq fəzada 747 sutka 17 saat keçirib. Kosmosa uçanlar arasında təkcə kişilər deyil, qadınlar da çox olub. Bu işdə də Rusiya birincidir. Dünyada ilk qadın kosmonavt da məhz rusiyalı Valentina Tereşkovadır.

Sovet kosmonavtikasının baniləri arasında kosmonavtikanın inkişafında misilsiz xidmət göstərmiş azərbaycanlı general-leytenant Kərim Kərimovun da adı var. O, daha çox “R-2” raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb.

Hazırda təxminən 50 ölkədə kosmosa ilk uçuşun ildönümü tarixi qeyd olunur. Kosmonavtika tarixində ilk beynəlxalq uçuş isə 15 iyul 1975-ci ildə gerçəkləşdi. Uçuşun qabaqcılları Sovet gəmisi “Soyuz-19” və Amerika gəmisi “Apollon” idi.

12 aprel Kosmonavtika Günü Sabail  rayonu, Etibar Əliyev adına 162 saylı məktəbdə təntənəli şəkildə qeyd edilib. Təşkilatçıları arasında məktəbin Fizika və Alqoritm müəlliməsi Rəna Səfərovanın da olduğu tədbir  məktəblilərin, müəllim heyətinin və valideynlərin marağına səbəb olub. Tədbirdə ön söz ilə çıxış edən Rəna Səfərova 12 aprel tarixi barədə iştirakçılara məlumat verib. O çıxışına prezident İlham Əliyevin sözləri ilə başladı: “Gənclər birinci növbədə təhsilli olmalıdır, bilikli, istedadlı, müasir, vətənpərvər olmalıdır, öz ölkəsini sevməli, xalqına bağlı olmalıdır. Bu faktorlar inkişafı stimullaşdırır. İndiki gənclərin daha çox fürsəti və imkanı var, onlar bu imkanlardan istifadə etməlidirlər. Biz azad və müstəqil yaşayırıq, biz fəxr edirik ki Azərbaycanın vətədaşıyıq. Azərbaydanın gəncləri də aktiv olmalıdır”.

Müəllimə tədbirin təşkilatçılığında əməyi olan digər müəllimələr, rus dili və ədəbiyyatı müəlliməsi Valentina Mirzoyevaya, STEAM müəlliməsi  Sevinc Əliyevaya, məktəbin direktoru  Arzu Nəzərovaya təşəkkür etdi.  Daha sonra çıxış edən direktor Arzu Nəzərova Kosmonovtika Gününün tarixindən, əhəmiyyətindən danışdı, şagirdlərin bu tədbirə hazırlıq prosesi və tədbir barədə məlumat verdi.

Daha sonra şagirdlər hazırladıqları bədii kompazisiyanı təqdim etdilər, kosmos haqqında yazılmış və bəstələnmiş mahnıların quruluşunda rəqs etdilər, kosmik fəza haqqında səhnəciklər göstərdilər, kosmos haqqında şeirlər səsləndirdilər, planetlərin xüsusiyyətləri haqqında danışdılar, kosmonavtlarla bağlı musiqili foto-slayd təqdim etdilər, kosmik fəzanın ilk kosmonovtları barədə müfəssəl məlumat verdilər. Məktəbin 9-cu sinif şagirdləri Rəvan Məhərrəmli, Altay Bayramlı, Samir Mehdiyev və Əvəz Səfərlinin birlikdə yaratdığı robot-texnikanın nümayişi oldu.

Qeyd edək ki sözügedən məktəbdə dövlət və cəmiyyət əhəmiyyətli  bütün əlamətdar günlər bu cür təntənəli şəkildə qeyd edilir, tədbirin təşkilati işlərində müəllimlər və şagirdlər həvəslə iştirak edir.

https://yeniazerbaycan.com/xeberlenti_e83514_az.html

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi