“Heydər Əliyev İli” çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında intellektual yarış keçirilmişdir

      Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 6 nömrəli məktəb-liseydə ümumtəhsil məktəblərinin şagirdləri arasında intellektual yarış təşkil olunmuşdur. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, RİHBA-nın məsul əməkdaşları, məktəblərin müəllim və şagird kollektivləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Kəmalə Həşimova məktəbliləri təbrik etmiş, onlara uğurlar arzulayaraq bildirmişdir ki: “Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.”

İntellektual yarışda Səbail rayonunda yerləşən 16 məktəbin şagirdləri iştirak etmiş, yarışın nəticələrinə əsasən  162 nömrəli tam orta məktəb 2-ci yer üzrə qalib gəlmişdir. Qeyd olunmuşdur ki, intellektual yarışın rayon mərhələsində qalib olan komandalar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçiriləcək yarışda iştirak hüququ qazanmışlar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi