Beynəlxalq əməkdaşlıq sahəsində əlaqələr dərinləşir

Azərbaycan Təhsil Şurası və Lvov vilayəti (Ukrayna) Elm və Təhsil Departamentinin birgə keçirdiyi " Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi" mövzusunda elmi- təcrübi konfrans öncəsi 162 saylı məktəbdə olan qonaqlar rus bölməsinin 3r sinfində Aynurə Hacıyevanın "T.Q.Şevçenko" mövzusunda dərsini dinlədilər. Kurikulumun təlim üsulları əsasında qurulmuş müasir dərs nümunəsi qonaqların təəccübünə və heyrətinə səbəb oldu!!! Aynurə müəllimənin ifadəli nitqi, yüksək tolerantlıq nümayiş etdirməsi, sinifdə yaratdığı səmimi müəllim-şagird münasibəti və digər qürurverici məqamları qonaqlar Azərbaycan təhsilinin və Azərbaycan müəlliminin uğuru kimi qiymətləndirdilər.Onlar izlədikləri dərs haqqında fikirlərini belə ifadə etdilər:"Aynurə xanım, siz sadəcə dərs keçmədiniz! Siz iki xalqı bir-birinə sevdirdiniz"
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi